Şəmkir-Gədəbəy avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə avtomobil yolunun Şəmkir rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.


