Deputat: TDT gələcəkdə bölgədə söz sahibi olan, nüfuzlu bir quruma çevrilmək potensialına malikdir

GÜNDƏM 06 oktyabr 2025, 18:27
“Türk Dövlətləri Təşkilatının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü yalnız dövlət başçılarının rəsmi görüşü deyil, həm də bir ailənin Türk dünyasının liderlərinin bir araya gəlməsidir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ailəmiz Türk dünyasıdır, çünki başqa ailəmiz yoxdur”.

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, ailə olan yerdə sülh və həmrəylik hökm sürür:

“Türk Dövlətləri Təşkilatı artıq siyasi və institusional forma almış bir Türk ailəsidir. Regionda baş verən mürəkkəb siyasi proseslər fonunda təşkilat geniş coğrafiyada sülh və əməkdaşlıq yaratma məqsədi daşıyır. Təşkilata üzv ölkələrin ortaq maraqları, xalqlar arasında dərin bağlar və gündəlik artan nüfuz bu platformanı səmərəli və effektiv edir. Məqsəd təşkilatı ortaq maraqlar əsasında iqtisadi, siyasi və təhlükəsizlik baxımından güclü bir birliyə çevirməkdir. Qısa müddətdə əldə edilən uğurlar bunu təsdiqləyir. İstər iqtisadi, nəqliyyat və logistika, istər siyasi və mədəni əməkdaşlıq sahələrində ciddi nəticələr qazanılıb. Türk Dövlətləri Təşkilatı bu gün əhəmiyyətli regional aktor olmaqla yanaşı, gələcəkdə də bölgədə söz sahibi olan, nüfuzlu bir quruma çevrilmək potensialına malikdir. 12-ci Zirvə Görüşündə də bütün bu məsələlər müzakirə olunacaq və vacib qərarlar qəbul ediləcək”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 18:15
Top