“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində görüş keçirilib — FOTOLAR

MEDİA 06 oktyabr 2025, 19:25
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Ağcabədi rayonunda görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əməkdaşı Aynur Zeynallı, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəsi Coşqun İsmayılov və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Elxan Məmmədov iştirakçıları salamlayaraq bu cür görüşlərin gənclərin media savadlılığının artırılmasına, onların informasiya cəmiyyətində daha fəal iştirakına və milli mətbuat ənənələrinin təbliğinə mühüm töhfə verdiyini vurğulayıblar.

Daha sonra iştirakçılar peşəkar jurnalist və tanınmış aparıcı Ceyhun Səfərov tərəfindən informasiya savadlılığı, rəqəmsal dövrdə medianın rolu, sosial şəbəkələrdə düzgün informasiya idarəçiliyi və yalan xəbərlərə qarşı mübarizə mövzularında məlumatlandırılıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi rəqəmsal əsrdə gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, yeni media alətlərindən səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmə işinin gücləndirilməsi və gənclər arasında həmrəyliyin artırılmasıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 18:15
Top