Özbəkistandan olan kommunikasiyaya məsul nümayəndələr Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının fəaliyyəti ilə tanış olublar — FOTOLAR

MEDİA 30 sentyabr 2025, 22:38

Özbəkistandan olan kommunikasiyaya məsul nümayəndələr Azərbaycanın müxtəlif dövlət orqan və qurumlarını ziyarət edib, onların fəaliyyəti ilə yaxından tanış olublar.

Özbəkistandan olan qonaqlarla Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və Bakı Şəhər İcra Hakimiyyətində görüşlər keçirilib.

Görüşlərdə hər iki ölkənin dövlət qurumlarının kommunikasiya sahəsində əməkdaşlığının gücləndirilməsi, ictimaiyyətlə əlaqələrin müasir metodları, rəqəmsal platformalardan istifadə imkanları və media ilə iş təcrübələri müzakirə olunub. Qonaqlara, həmçinin aidiyyəti qurumların əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, strateji planlar və qarşıya qoyulan hədəflər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, sözügedən görüşlər yalnız təcrübə mübadiləsinə deyil, həm də iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə, peşəkar əməkdaşlığın dərinləşdirilməsinə və kommunikasiya sahəsində müasir yanaşmaların öyrənilməsinə mühüm imkanlar yaradır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top