30.09.2025 - ci il tarixdə Salyan Rayon İcra Hakimiyyəti, Salyan Rayon Polis Şöbəsinin və Şirvan -Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı şagirdlər arasında baş verən neqativ və zorakılıq hallarının qarşısının alınması ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərov, Şirvan -Salyan Regional Təhsil idarəsinin rəisi Rəşad Musayev, Şirvan -Salyan Regional Təhsil idarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun müdiri Razıgül Dadaşova, məktəb direktorları və psixoloqlar iştirak etmişdir.
Tədbirin məqsədi gənc nəslin təhlükəsiz və sağlam mühitdə böyüməsi, asudə vaxtlarının faydalı keçirilməsi, həmçinin uşaq və yeniyetmələr arasında zorakılıq mövzusunda məlumatlılığın artırılmasıdır.
Təhsil müəssisələrinin rəhbərlərinə və sektor müdirinə məktəblərdə nizam intizam qaydalarına ciddi riayət olunması, baş verə biləcək neqativ halların qarşısının vaxtında alınması üçün yerli polis orqanları ilə qarşılıqlı işin təşkil edilməsi və birgə monitorinqlərin keçirilməsinin zəruriliyi izah olunmuşdur.
Tədbirdə çıxış edənlər təhsil ocaqlarında qeyri-etik və təhqiramiz ifadələr, fiziki zorakılıq, dava-dalaş və digər antisosial davranış formalarının yolverilməzliyi və hüquqi məsuliyyət yarada bilməsindən söhbət açmış,şagirdlər arasında baş verə biləcək mənfi halların qarşısını almaq üçün məktəb, ailə və cəmiyyətin birlikdə fəaliyyət göstərməsinin vacibliyindən, şagirdlərlə profilaktik tədbirlər apararaq onlara düzgün ailə dəyərlərini və milli dəyərləri aşılamaq, müəllim-şagird və valideyn-şagird münasibətlərini möhkəmləndirərək baş verə biləcək problemlərə dərhal müdaxilə etməyin zəruri olduğunu bildirmişlər.