“Səlahiyyətim olsaydı, onları cəzalandırardım”

GÜNDƏM 30 sentyabr 2025, 20:33

Aparıcı Azər Qərib ötən gün vəfat edən Əməkdar artist Cabir İmanovun idman zalındakı son kadrlarını yayanları tənqid edib.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib:

"Bu gün Cabir İmanovla vida mərasimi oldu, amma mən başqa məsələni vurğulamaq istərdim. Əgər mənim hüquq-mühafizə orqanlarına göstəriş vermək səlahiyyətim olsaydı, tapşırardım ki, idman zalından rəhmətliyin son kadrlarını mediyaya ötürənləri müəyyən edib, ciddi cəzalandırsınlar. Həm qanuna zidd oldu bu çirkin əməl, həm mənəviyyata. Amma mənəviyyatdan uzaq olanlar bunu çətin anlayarlar".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top