Bağçalara nəzarət daha da artırılmalıdır — Deputat

GÜNDƏM 06 oktyabr 2025, 19:38
“Bağçalarda baş verən problemlər təkcə bu günün problemi deyil, bu məsələ xeyli vaxtdır ki, aktualdır, müzakirə olunur. Təəssüf ki, bu, uzun illərdir yığılıb qalan problemdir. Hazırda Elm və Təhsil Nazirliyi müəyyən islahatlar aparmağa çalışır, amma hesab edirəm ki, bu islahatlar daha da sürətləndirilməlidir.”

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O bildirib ki, daha sərt tədbirlərin həyata keçirilməsi nəzərdən keçirilməlidir:

“Bu gün istənilən məsələni ictimailəşdirmək mümkündür, ən kiçik hadisə belə ictimailəşə bilir. Bu kimi məsələlərdə hər kəs reallığı nəzərə almalıdır. Bu hadisələr cəmiyyətdə də birmənalı qarşılanmır və gərginlik yaradır. Təkcə dövlət yox, hər bir kəs, hər bir qurum bu məsələyə diqqətli yanaşmalıdır ki, belə problemlər olmasın. Bağçalara nəzarət daha da artırılmalıdır.”

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 18:15
Top