Ətin qiyməti ucuzlaşır?

GÜNDƏM 06 oktyabr 2025, 18:15
“Pakistanın Azərbaycana ət ixracına başlaması qısamüddətli dövrdə qiymətləri sabitləşdirsə də, uzunmüddətli təsirlər daha mürəkkəb ola bilər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Elvin Məmmədov  deyib.

Onun sözlərinə görə, idxal həcminin artması bazarda yerli istehsalın payını azalda bilər:

 “Əgər dövlət bu prosesi düzgün tənzimləsə, həm yerli istehsal, həm də idxal arasında sağlam rəqabət formalaşa bilər. Əks halda, yerli ət bazarı xarici asılılığa meyillənə bilər. Pakistanla əməkdaşlıq həm də soyuq zəncir sisteminin, logistika şəbəkəsinin və baytarlıq standartlarının inkişafını zəruri edəcək. İdxal olunan ətin keyfiyyəti mütəmadi yoxlanmalı, istehlakçı təhlükəsizliyi prioritet olmalıdır. Dövlət bu mərhələdə yerli fermerlərə subsidiya, texniki dəstək və bazar çıxışı imtiyazları təqdim etməklə daxili istehsalı qorumağa çalışmalıdır. Ət bazarında balanslı siyasət yürüdülməsə, ucuz idxal məhsulları yerli istehsalçıların bazardan sıxışdırılmasına gətirib çıxara bilər. Pakistan ətinin halal standartlara tam uyğunluğu və rəqabətli qiyməti bazarda istehlakçı marağını artıracaq. Bu da ümumilikdə ticarət dövriyyəsinin genişlənməsi, ərzaq təchizatının şaxələnməsi və regionlararası iqtisadi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar yaradır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 18:15
Top