“Dabaq xəstəliyinin son vaxtlar ölkənin müxtəlif regionlarında yayılması təsərrüfat sahibləri üçün ciddi təhlükə siqnalıdır. Bu virus əsasən iribuynuzlu və xırdabuynuzlu heyvanlara yoluxur və çox sürətlə yayılma qabiliyyətinə malikdir”.
Bunu Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı üzrə mütəxəssis Tural Məmmədov deyib.
Mütəxəssis əlavə edib ki, xəstə heyvanla birbaşa təmasda olan insanlar, alətlər, nəqliyyat vasitələri və hətta külək belə virusun yayılmasına səbəb ola bilər:
“Dabaq virusu yüksək dərəcədə yoluxucudur və qısa müddətdə bütün fermaya keçə bilər. Xəstə heyvanlarda ağızda, dildə, dırnaqlarda yaralar əmələ gəlir, nəticədə onlar qidalanmaqda çətinlik çəkir və süd məhsuldarlığı kəskin azalır. Bu da fermerlər üçün ciddi iqtisadi zərərə səbəb olur. Xəstəliyin insanlara keçməsi nadir olsa da, gigiyenik tədbirlərin pozulması hallarında mümkündür. Bu səbəbdən xəstəliyin yayılmasının qarşısını almaq üçün dərhal karantin tədbirləri görülməlidir. Peyvəndləmə işləri sistemli və mərhələli şəkildə aparılmalıdır. Eyni zamanda, təsərrüfat sahibləri baytar nəzarətinə laqeyd yanaşmamalı və yeni alınan heyvanları ən azı 14 gün təcrid vəziyyətində saxlamalıdır. Hər bir təsərrüfatda dezinfeksiya işləri mütəmadi aparılmalıdır. Dabaq xəstəliyinə qarşı vaxtında tədbir görülməzsə, heyvan tələfatı və iqtisadi itkilər qaçılmaz olur. Dövlət və özəl sektor bu istiqamətdə birgə fəaliyyət göstərməlidir”.
Leyla Turan
Demokrat.az