Məktəbli avtobuslarında rəqabət mühiti olmalıdır — Natiq Cəfərli

GÜNDƏM 06 oktyabr 2025, 17:35
“Məktəbli avtobuslarında yalnız bir deyil, bir neçə şirkət fəaliyyət göstərsə, yəni bu xidmət yalnız bir məmura və ya müəyyən şəxslərə bağlı bir qurumun inhisarında olmasa, rəqabət mühiti yaranar. Bu isə həm xidmət keyfiyyətinə, həm də qiymətlərin tənzimlənməsinə müsbət təsir göstərər”.

Bunu Demokrat.az-a açıqlamasında "REAL" partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. 

O bildirib ki, əgər bu işi yalnız bir şirkət həyata keçirəcəksə, təbii olaraq qiymət siyasətini özü diktə edəcək:

“Bu halda valideynlər üçün sərfəli olmayacaqsa, onlar bu xidmətdən istifadə etməyəcəklər. Yəni burada seçim hüququ var və bu seçim birbaşa bazarın tələbi ilə formalaşır. Ona görə də şirkət elə bir qiymət siyasəti təqdim etməlidir ki, müştəri qazana bilsin, yəni valideynlərin etimadını qazanaraq şagirdlərlə işləmək imkanı əldə etsin. Qiyməti sadəcə təyin etməklə deyil, real bazar qiymətini tapmaqla uğur qazanmaq mümkündür. Düşünürəm ki, bir müddətdən sonra bu sahədə müəyyən bir orta məxrəc formalaşacaq. Rəqabətli mühit olmasa, xidmətin nə keyfiyyətində, nə də qiymətində müsbət dəyişiklik gözləmək çətindir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2025, 18:15
Top