Qusar rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 6-da rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Ramil həmin gün saat 13 radələrində yumruqla arvadı Zəminənin (adlar şərtidir – red.) sifətinə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 6-da, günorta saatlarında arvadı ilə aralarında ayaqqabıların yuyulması ilə bağlı mübahisə yaranıb: “Həmin vaxt arvadım mənim anama söydü. Mən də əsəbləşərək onu yumruqla vurdum. Sonradan əməlimdən peşman oldum, ondan üzr istədim”.
Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Həmçinin zərərçəkən ərinə qarşı şikayətini geri götürdüyünü açıqlayıb.
Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az