YapiKredi Müraciət Forması
İdman

"Bakıda keçirilən yarışda əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir"

Bakıda keçirilən yarışda əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir

Fransız Polineziyası və Kanaki nümayəndə heyətinin Bakıda keçirilən yarışda iştirakında əsas məqsəd gənc futbolçuları dəstəkləməkdir.

Bunu "Report"a açıqlamasında Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui – Tahiti) komandalarına dəstək məqsədilə təşkil edilən aksiya zamanı Fransız Polineziyasının nümayəndəsi Tauhani Leska deyib.

O, komandasının turnirdə uğur qazanacağına böyük ümid bəslədiyini bildirib:

"Fransız Polineziyasının bu yarışda qalib gələcəyinə inanırıq və buna ümid edirik. Əsas məqsədimiz gənc futbolçulara dəstək nümayiş etdirməkdir".

Nümayəndə tədbirdə iştirak etmək imkanı yaradıldığına görə təşkilatçılara minnətdarlığını bildirib:

"Burada olmağımıza şərait yaratdıqları və bizi dəvət etdikləri üçün Bakı Təşəbbüs Qrupuna çox minnətdarıq".

Qeyd edək ki, oktyabrın 24-də start götürən U-15 dünya çempionatı və festivalı oktyabrın 30-dək Hövsan Yarış Kompleksində davam edəcək.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Çempionat çərçivəsində 1 000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Azərbaycan komandası bu gün saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.

Azərbaycan seçməsi oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

B
Qeyd edilməyib