"Əslində, hal-hazırdakı dövr daha yaxşı bir dövrdür. Hal-hazırda müasir düşüncəli və müasir dünya görüşlü insan tapmaq, xüsusən xanımlar üçün, əvvəlkindən daha asandır. Əvvəllər çoxluq içində müasir düşüncəli insan az idi, indi isə geri düşüncəli insan tapmaq daha çətindir".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib.
"Lakin bir nüans var ki, bəzən qadınlar, xüsusilə Azərbaycan mentalitetində, sıxılır və seçim imkanları məhdud olur. Bu halda onlar bəzən əcnəbilərə, başqa millətlərdən olan insanlara yönəlirlər. Bunun həm psixoloji aspekti var: insanlar özlərinə uyğun olanı sevir, əksinə olan isə onları cəlb edir. Bu səbəbdən qadınlar bəzən başqa millətlərdən olan insanlarda özlərini daha ruhuna uyğun və rahat hiss edə bilirlər. Aradakı ziddiyyət isə onları çəkə bilər".
O bildirib ki, bəzən qadınlar öz milliyyətindən olan şəxslərdə qəbul etmədikləri maddi və ya həyat tərzi məsələlərini, əcnəbilərin evində daha rahat qəbul edə bilirlər:
"Burada əsas rol oynayan dünya görüşü və onların yaşamaq istədikləri həyat tərzidir.
Müasirlik həm də qadınların həyat tərzinə qarşı olmamaqla yanaşı, romantika və duyğuların ifadəsinə diqqət yetirməyi tələb edir. Əcnəbi insanlar sevgilərini daha açıq və rahat şəkildə ifadə edə bilirlər.
Azərbaycanlı və ya öz milliyyətimizdən olan kişilər də romantik ola bilərlər, amma sevgi göstərmək baxımından mentalitet bəzən ağır olur. Ona görə qadınlar bəzən əcnəbi kişiləri üstünlük verirlər.
Yaş faktoru da rol oynayır. Əcnəbilərlə münasibətdə yaş fərqi bəzən qəbul edilir, halbuki öz milliyyətində olan kişilərlə müəyyən yaş aralığı xaricində bu çətin ola bilər. Bu da yenə dünya görüşü və qadınların fərqliliklərə qarşı xüsusi cəzibə hissi ilə əlaqədardır".
Qeyd edək ki, statistikaya əsasən bu ilin 9 ayında 1500 nəfər əcnəbi vətəndaşla ailə həyatı qurub.
Əfsanə Kamal
Demokrat.az