Bu xəstəliyin öhdəsindən 3-5 günə gəlmək olar — HƏKİM

GÜNDƏM 08 oktyabr 2025, 20:03
“Soyuq fəsillərdə hava-damcı yolu ilə yayılan virus infeksiyalarının, xüsusilə də influenza virusunun aktivliyi artır”. 

Bunu həkim, terapevt Sübhan Hacıyev Demokrat.az-a açıqlamasında bildirib.

 Onun sözlərinə görə, influenza həm insandan-insana, həm də bəzi hallarda heyvandan-insana keçə bilən ciddi virusdur və laqeyd yanaşma ağır fəsadlara gətirib çıxara bilər. 

“Ən təhlükəli növ A tipidir bu tip pandemiyalara səbəb ola, tənəffüs çatışmazlığı və pnevmoniya kimi ağırlaşmalar yarada bilər. B tipi isə daha çox insandan insana keçir, C tipi isə yüngül formada, zökəm simptomları ilə müşahidə olunur. Xəstəliyin əsas əlamətləri qəfil başlayan yüksək hərarət, bədən ağrısı, halsızlıq və boğaz ağrısı ilə özünü göstərir. Dəqiq diaqnoz üçün PCR testi və qan analizləri aparılmalıdır. İnfluenza virusundan qorxmaq lazım deyil, amma həkimə vaxtında müraciət çox önəmlidir. Xəstəliyin ilk 3-5 günü ərzində başlanılan müalicə, xüsusilə oseltamivir preparatı ilə aparıldıqda, ağırlaşmaların qarşısı tamamilə alına bilər. Payız-qış aylarında immun sistemini gücləndirsinlər, kollektiv yerlərdə maska taxsınlar və simptomlar yarandıqda özbaşına müalicə əvəzinə dərhal həkimə müraciət etsinlər”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 20:29
08 oktyabr 2025, 20:11
Top