Arda “Qarabağ”ın futbolçusunu “Şaxtyor”a aparmaq istəyir

İDMAN 08 oktyabr 2025, 21:41
Millinin və “Qarabağ”ın müdafiəçisi Toral Bayramov “Şaxtyor”un maraq dairəsindədir.

Demokrat.az Sportinfo.az-a istinadən xəbər verir ki, yayda Donetsk klubunun sükanı arxasına keçmiş Arda Turan onu öz sərəncamında görmək istəyir.

Türkiyəli baş məşqçi azərbaycanlı cinah oyunçusu ilə bağlı klub rəhbərliyinə raport təqdim edib.

O, Bayramovun hələ “Eyübspor”u çalışdırdığı vaxt diqqətini çəkdiyini, “Şaxtyor”a gələrsə, özünü yaxşı tərəfdən göstərə biləcəyini söyləyib.
 
A.Turan hesab edir ki, “Xəzər Lənkəran”ın yetirməsi böyük potensiala malikdir və 2-3 ilə yüksək qiymətə Avropaya satılması mümkündür.

Mütəxəssis son vaxtlar “Qarabağ”da əsas heyətə düşməyə çətinlik çəkən müdafiəçini sonradan birləfəlik transfer hüququna yiyələnmək şərti ilə icarəyə götürülməsinə də tərəfdardır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 23:37
08 oktyabr 2025, 20:29
Top