Ronaldu ilk milyarder futbolçu oldu

İDMAN 08 oktyabr 2025, 14:22
Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun sərvəti 1.4 milyard dollar qiymətləndirilir və bununla da o, dollar milyarderi statusuna sahib ilk futbolçu olub.

Demokrat.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentlik ilk dəfə portuqaliyalı hücumçunun sərvətini qiymətləndirib və nəticələrə əsasən onu öz "Milyarderlər indeksi"nə ("Bloomberg Billionaires Index") daxil edib. Qeyd olunur ki, Ronaldu uzun müddət əsas rəqibi, argentinalı Lionel Messi ilə təxminən eyni səviyyədə olsa da, 2023-cü ildən vəziyyət kəskin dəyişib.

Həmin il Ronaldu rekord 200 milyon dollarlıq müqavilə əsasında Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubuna keçib, iyun ayında müqavilə uzadılıb, indi o, 400 milyon dollardan çox məbləğə qiymətləndirilir. Messi isə 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunda daha aşağı maaş alır, lakin karyerasını bitirdikdən sonra klubda pay alacağı gözlənilir. Agentliyin məlumatına görə, bu, Messiyə Ronaldu ilə bərabərləşmək şansı verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top