Əli Əsədov Tbilisidə "İpək yolu" forumunda iştirak edəcək

XARİCİ SİYASƏT 08 oktyabr 2025, 15:59
Baş nazir Əli Əsədov Gürcüstanın paytaxtı Tbilisidə "İpək yolu" forumunun rəsmi açılış mərasimində iştirak edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat verib.

O, Gürcüstan və Ermənistan baş nazirləri ilə birlikdə yüksəksəviyyəli dialoqda iştirak edəcək.

Nazirliyin məlumatına görə, forum oktyabrın 22-23-də beşinci dəfə keçiriləcək və təxminən 2000 nümayəndəni bir araya gətirəcək.

Tədbirdə baş nazirlərlə yanaşı, yüksəksəviyyəli siyasətçilər, biznes sektorunun və beynəlxalq təşkilatların nümayəndələri, region ölkələrinin baş nazirləri və baş nazirlərin müavinləri, sahə nazirləri, dünyanın aparıcı şirkətlərinin və beynəlxalq maliyyə qurumlarının rəhbərləri, eləcə də beynəlxalq ekspertlər iştirak edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 18:20
Top