Əli Əsədovla Paşinyan eyni tədbirdə iştirak edəcəklər

XARİCİ SİYASƏT 08 oktyabr 2025, 13:49
Azərbaycan və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyan Tbilisi İpək Yolu Forumunun rəsmi açılış mərasimində və yüksək səviyyəli dialoqda iştirak edəcəklər.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Tbilisi İpək Yolu Forumu oktyabrın 22-23-də beşinci dəfə keçiriləcək və 2000-ə qədər nümayəndəni bir araya gətirəcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə yüksək vəzifəli siyasətçilər, biznes sektorunun və beynəlxalq təşkilatların nümayəndələri, region ölkələrinin baş nazirləri və baş nazir müavinləri iştirak edəcək.

Forum çərçivəsində Sinqapurda yerləşən Qlobal Maliyyə və Texnologiya Şəbəkəsinin tərəfdaşlığı ilə ilk dəfə Tbilisi Maliyyə Sammiti də keçiriləcək.

Xatırladaq ki, Tbilisi İpək Yolu Forumu ilk dəfə 2015-ci ildə keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top