Xocalının Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb

QARABAĞ 08 oktyabr 2025, 14:09
Oktyabrın 8-də Xocalının Xanyurdu kəndinə növbəti köç həyata keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, ölkəmizin müxtəlif şəhər və rayonlarında müvəqqəti məskunlaşmış 69 nəfərdən ibarət 18 ailə bu gün Xanyurdu kəndinə qayıdıb. Rəsmilər sakinləri doğma kəndlərinə dönüş münasibətilə təbrik edib, yeni tikilmiş fərdi yaşayış evlərinin açarlarını onlara təqdim ediblər.

Qeyd edək ki, Xanyurdu kəndində sakinlər üçün müasir standartlara uyğun fərdi evlər inşa olunub, elektrik, qaz, su təchizatı, rabitə və internet infrastrukturu tam şəkildə təmin edilib. Xatırladaq ki, bu günədək Xocalı rayonunun Xanyurdu kəndinə 69 ailədən ibarət 237 nəfər keçmiş məcburi köçkün köçürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top