Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, o və komandası sülhə əsaslanan dördüncü respublika qurur.
Demokrat.az xəbər verir ki, Paşinyan bunu Telegram kanalında yerləşdirdiyi videoda deyib. "Üçüncü respublika münaqişə nəticəsində yaranıb və biz sülhə əsaslanan dördüncü respublika yaradırıq", - deyə o vurğulayıb.
Ermənistan Nazirlər Kabinetinin rəhbəri onu da bildirib ki, üçüncü respublikada bütün seçkilərin nəticələri şübhə doğurub, lakin dördüncü respublikada seçkilər saxtalaşdırılmayacaq.
Paşinyan daha əvvəl bəyan etmişdi ki, onun komandası 2026-cı il parlament seçkilərində qalib gəlsə, onlar yeni konstitusiyanın qəbulu və dördüncü respublikanın yaradılması təşəbbüsü ilə çıxış edəcəklər. Erməni tarixində birinci respublika 1918-1920-ci illəri, ikinci respublika 1991-ci ilə qədərki sovet dövrünü əhatə edir. Üçüncü respublika isə bugünkü Ermənistandır.