Kreml İlham Əliyevlə Putinin telefon danışığını vacib adlandırdı

DÜNYA 07 oktyabr 2025, 15:17
Kremlin rəsmi sözçüsü Dmitri Peskov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında baş tutan telefon danışığını vacib adlandırıb. 

Demokrat.az TASS-a istinadən xəbər verir ki, D.Peskov bu barədə brifinqdə danışıb. 

“Prezident İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib. Söhbət zamanı digər məsələlər də müzakirə edilib. Bu, çox vacibdir”, - Peskov bildirib. 

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinə zəng edib. Dövlət başçısı rusiyalı həmkarını doğum günü münasibətilə təbrik edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top