Suriya təhlükəsizlik qüvvələri ilə SDQ arasında atəşkəs əldə edildi

DÜNYA 07 oktyabr 2025, 08:52
Hələb vilayətində Suriya təhlükəsizlik qüvvələri ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində baş verən qarşıdurmalardan sonra atəşkəs razılaşması əldə olunub.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Suriyanın rəsmi xəbər kanalı “Əl-İxbariyyə”yə danışan bir rəsmi bildirib.

Qeyd edilib ki, SDQ ilə toqquşmalardan sonra tərəflər arasında atəşkəs qüvvəyə minib.

Eyni zamanda, Hələb valiliyi oktyabrın 7-dən etibarən şəhərdəki bütün dövlət və təhsil müəssisələrinin fəaliyyətini müvəqqəti olaraq dayandırdığını açıqlayıb.

Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin Baba isə dövlət televiziyasına verdiyi açıqlamada PKK/YPG hücumları nəticəsində 25 mülki şəxsin yaralandığını bildirib. Qarşıdurma zamanı bir jurnalistin də yüngül xəsarət aldığı qeyd olunub.

Qeyd edək ki, toqquşmalar səhər saatlarında Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrinə yerləşdirilmiş PKK/YPG snayperlərinin təhlükəsizlik qüvvələrinə aid məntəqələri hədəf alması ilə başlayıb. Axşama doğru vəziyyət daha da gərginləşib, qrup artilleriya və minaatanlarla yaşayış məntəqələrini atəşə tutub. Nəticədə onlarla ailə evlərini tərk etmək məcburiyyətində qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top