Qrip əleyhinə peyvənd neçə yaşdan etibarən vurula bilər? — AÇIQLAMA

GÜNDƏM 07 oktyabr 2025, 15:09
"Qrip peyvəndinin əsasən 14 yaşdan yuxarı uşaqlara vurulması tövsiyə olunur. Çünki 13 yaşadək uşaqlara milli peyvənd təqviminə uyğun olaraq artıq influenza iynəsi vurulur. Bu da həmin yaş qrupunda müəyyən immunitetin formalaşmasına səbəb olur".

Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. 

"Buna görə də 14 yaşdan yuxarı uşaqlara, gənclərə və böyüklərə qrip peyvəndi vurula bilər. Bu peyvənd insanın immun sistemini möhkəmləndirir və onu xəstəliyə qarşı daha hazırlıqlı vəziyyətdə saxlayır. Hətta peyvənd olunan şəxs qripə yoluxsa belə, xəstəliyi çox yüngül keçirir və ağırlaşmalar müşahidə olunmur".

O bildirib ki, vaksinasiya aparılmadığı halda, bu məsələni laqeyd yanaşmaq olmaz:

"İnsanlar maarifləndirilməli, onlara bu peyvəndin əhəmiyyəti izah edilməlidir. Xüsusilə də xroniki xəstəliyi olanlar və tez-tez xəstələnən şəxslər üçün vaxtında vaksinasiya olunmaq daha məqsədəuyğundur".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top