Dilan Polat və əri Engin Polat yenidən saxlanıldılar

DÜNYA 08 oktyabr 2025, 09:20
Türkiyədə sosial media fenomeni Dilan Polat və əri Engin Polat yenidən saxlanılıblar.

Demokrat.az bu barədə "Haber Global"a istinadla xəbər verir.

Bildirilir ki, məşhur cütlük Çekmeköydəki villasında nəzarət altına alınıb. Hadisə ilə bağlı əməliyyatın detalları barədə rəsmi açıqlama hələlik verilməyib.

Xatırladaq ki, Dilan və Engin Polat daha əvvəl çirkli pulların yuyulmasında ittiham olunmuşdular. Onlar barəsində 40 ilədək azadlıqdan məhrumetmə cəzası tələb edilmiş, lakin sonradan azadlığa buraxılmışdılar.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 09:35
08 oktyabr 2025, 09:07
Top