Tehrandakı səfirlər və Avropa missiyalarının rəhbərləri Avropa İttifaqının (Aİ) Fars körfəzinə müdaxiləçi mövqeyinə etiraz olaraq İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Demokrat.az xəbər verir ki, bu bafrədə “Mehr” agentliyi məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Aİ xarici işlər nazirlərinin birgə bəyanatında BƏƏ-nin İranın Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarına əsassız ərazi iddialarını dəstəkləməsi, həmçinin İranın müdafiə və nüvə proqramları ilə bağlı şərhlər Tehranda etirazla qarşılanıb. İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi Avropa səfirlərini çağıraraq Tehranın kəskin etirazını bildirib.
Nazir müavini səfirlərə İranın daxili işlərinə açıq-aşkar müdaxilə olunduğunu bildirib.