Qoşqar Təhməzlidən AQTA əməkdaşlarına gülməli TAPŞIRIQ

GÜNDƏM 08 oktyabr 2025, 12:33
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun əməkdaşlarına qəribə göstəriş verib.

Demokrat.az Manset.az-a istinadən xəbər verir ki, agentliyin əməkdaşlarına tapşırıq verilib ki, AQTA ilə bağlı yayımlanan rəsmi xəbərlərin və açıqlamaların linklərini şəxsi sosial şəbəkə hesablarında paylaşsınlar. Bildirilir ki, bu göstəriş birbaşa Qoşqar Təhməzlinin əmri ilə verilib. Qeyd olunub ki, tapşırığa əməl etməyən əməkdaşlar işdən azad olunacaqlar.

Bir müddətdir davam edən bu "qəribə tapşırıq" əməkdaşlar arasında narazılıq yaradıb. Onlar bu məsələ ilə bağlı rəhbərliyə müraciət etsələr də, sərt münasibətlə qarşılaşıblar. Nəticədə, agentlik daxilində narazılıqların artdığı bildirilir.

Bundan əlavə, əməkdaşlara AQTA ilə bağlı yayılan neqativ xəbərlərə təkzib xarakterli müsbət rəylər yazmaq da tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top