“Cəmiyyətimizdə son illər ailə zorakılığı hallarının artması dərin psixoloji və sosial böhranın xəbərçisidir”.
Bu fikirləri klinik psixoloq və gənclərin psixoloji dəstəyi üzrə ekspert Təranə Məmmədova Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, Şirvanda baş verən bu dəhşətli hadisə insanın nə qədər daxili gərginlik və nəzarətsiz qəzəb içində yaşadığını göstərir:
“Belə davranışın kökündə emosional savadsızlıq və aqressiyanın idarə olunmaması dayanır. İnsanlar hisslərini ifadə etməyi, ayrılıqla və rədd edilmə ilə sağlam şəkildə barışmağı bacarmırlar. Patriarxal düşüncə tərzi hələ də bir çox kişilərə qadın mənimdir kimi yanlış mülkiyyət hissi aşılayır. Boşanma sonrası psixoloji dəstək və sosial nəzarət mexanizmlərinin zəifliyi isə faciəni daha da dərinləşdirir. Təəssüf ki, cəmiyyət zorakılığı hələ də bəzən “ailə məsələsi” kimi qiymətləndirir və bu, cinayətkar davranışlara şərait yaradır. Belə hadisələr həm ailələri, həm də uşaqları uzunmüddətli travmaya məruz qoyur. Uşaqların gözü önündə baş verən zorakılıq onların gələcəkdə münasibətlərə baxışını kökündən dəyişir. Bu hadisə bizə göstərir ki, cəmiyyət olaraq psixoloji maarifləndirməyə, emosional tərbiyəyə və erkən müdaxilə sisteminə ehtiyacımız var. Hər bir fərd zorakılığa qarşı səssiz qalmamalı və yardım mexanizmlərini tanımalıdır”.
Leyla Turan
Demokrat.az