Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və ailə üzvləri, ənənəyə sadiq qalaraq, xanım Həkimə (s.ə.) ocağını ziyarət ediblər.
Demokrat.az xəbər verir ki, Mehriban xanım Əliyeva şanlı Qələbəmizin 5-ci ildönümü ərəfəsində şəhidlərimizə rəhmət, ölkəmizə əmin-amanlıq və xeyr-bərəkət diləyərək Allaha dualar edib. Ziyarət zamanı xanım Həkimənin və şəhidlərimizin ruhuna Quran oxunub.
Daha sonra Birinci vitse-prezident Bibiheybət məscidini ziyarət edən zəvvarlara və müsəlman bacı-qardaşlara öz salamlarını çatdırmağı xahiş edib. Ziyarətgah nümayəndələri isə əhli-beyt ocağı olan xanım Həkimə (s.ə.) ziyarətgahını hər zaman diqqət mərkəzində saxladığı üçün Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Leyla Turan
Demokrat.az