“Autizmi hansısa yollarla sağaltdığını iddia edənlər olur. Hazırda autizmin müalicəsi yoxdur. Sadəcə təlimlər vasitəsi ilə müəyyən davranışların öyrədilməsi mümkündür”.
Demokrat.az xəbər verir ki, bunu kliniki psixoloq Milana Həsənova “Azərsun Holdinq”in Azərbaycanda ilk inklüziv kafe olan “Kaşalata” ilə əməkdaşlıq çərçivəsində jurnalistlər üçün təşkil olunan təlimdə deyib.
O bildirib ki, autizmli uşaqlarla bağlı yayılan bu fikirlər də səhvdir:
"Autizmli hər bir şəxsin yüksək zəkalı olması, yaxud əqli geriliyinin olması fikri yalnışdır. Onların duyğusuz olması fikri də səhvdir. Autizmli uşaqlar xüsusi məktəblərdə yox, ümumi məktəblərdə təhsil ala bilərlər”.
Cavidan Mirzəzadə
Demokrat.az