İki boksçumuz Avropa çempionatının FİNALINDA

İDMAN 08 oktyabr 2025, 13:07
Çexiyanın Ostrava şəhərində boks üzrə keçirilən U-19 Avropa çempionatında yarımfinal döyüşlərinə start verilib.

Demokrat.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin iki idmançısı finala yüksəlib.

Banuçiçək Nəsirli (48 kq) yarımfinalda Amelya Sulanı (İtaliya) məğlub edib – 5:0 (29:26, 29:27, 29:27, 30:25, 30:25). O, finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gələcək.

Bilalhəbaşi Nəzərov (50 kq) isə Razvan Ionut Panainteni (Rumıniya) sınağa çəkib.
 
Hər üç raundda rəqibinə qalib gələn boksçumuz yekunda 5:0 (30:27, 30:26, 30:25, 30:25, 30:26) hesabı ilə qələbə qazanıb. Nəzərov finalda Tommaso Orlando (İtaliya) münasibətinə aydınlıq gətirəcək.

Digər boksçumuz Sübhan Babayev (60 kq) Luka Çxikvadze (Gürcüstan) ilə qarşılaşıb. Rəqib mərhələ adladığından təmsilçimiz bürünc medala yiyələnib.

Qeyd edək ki, yarımfinal mərhələsində bu gün daha iki boksçumuz rinqə çıxacaq.

Final döyüşləri isə oktyabrın 10-da keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top