Elektron siqaretlərin qadağan olunmasına baxıla bilər — AÇIQLAMA

GÜNDƏM 08 oktyabr 2025, 15:00
Elektron siqaretlərin qadağan olunması məsələsinə gələcəkdə baxıla bilər.

Bunu Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, əsrimizin ən böyük bəlalarından biri də tütün vasitələri, elektron siqaretlərdir:

“Çox təəssüf ki, son zamanlar gənclərin bu siqaret növündən istifadə etdiyini görürük. Bəzən əyləncə məqsədi ilə edirlər. Düşünürəm ki, qadağan edilmə məsələsinə baxıla bilər, amma mənim bu məsələlərdə yanaşmam ondan ibarətdir ki, yalnız qadağa çıxış yolu deyil. Biz daha çox bilgiləndirmə, maarifləndirmə barədə düşünməliyik. Gələcəkdə qadağan edilməsinə də baxla bilər, çünki bu, bizim gələcəyimizə mənfi təsir göstərir. Əks halda işimiz daha çətin olacaq, gənclərin bu cür zərərli vərdişlərə meyilləndiyini görəcəyik”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top