“Qarabağ”ın “Atletik”lə oyunu üçün biletlər bu tarixdə satışa çıxarılacaq

İDMAN 07 oktyabr 2025, 13:20
“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda İspaniyanın “Atletik” (Bilbao) klubu ilə keçirəcəyi oyun üçün vauçerlər oktyabrın 15-də satışa çıxarılacaq. 

Demokrat.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsində məlumat paylaşılıb. 

Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında paylaşılacaq. 

Qeyd edək ki, “Atletik” (Bilbao) – “Qarabağ” matçı oktyabrın 22-si saat 20:45-də “Estadio San Mames”də keçiriləcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top