Çexiya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

İDMAN 07 oktyabr 2025, 12:47
21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin Çexiya (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.

UEFA-nın qərarına əsasən, görüşün baş hakimi Yovan Kaçevski təyin olunub. Ona Daniel Vasilevski, Aleksandar Gyorgyeski, Krumislav Gyorgiev (dördüncü hakim) köməklik göstərəcək.

Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, Bakı vaxtı ilə saat 20:00-da Karva şəhər stadionunda keçiriləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 oktyabr 2025, 13:17
Top