III MDB Oyunları: Bu gün dörd idman növü üzrə yarışlar keçiriləcək

İDMAN 07 oktyabr 2025, 08:39
III MDB Oyunlarının on ikinci günündə 4 idman növü üzrə yarışlar baş tutacaq.

Demokrat.az xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə qızıl medal uğrunda matçda Azərbaycan və Özbəkistan milliləri qarşılaşacaq.

Şəki Olimpiya İdman kompleksində isə bədii gimnastika yarışları davam edəcək.

Gəncə İdman Sarayında qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək.

Gəncə Olimpiya İdman Kompleksində isə Yunan-Roma güləşi üzrə yarışların mükafatçıları bəlli olacaq.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top