Autizm uşaq inkişafının ilk üç ilində meydana çıxır — AÇIQLAMA

GÜNDƏM 07 oktyabr 2025, 13:27
“Autizm uşaq inkişafının ilk üç ilində meydana çıxan, anadangəlmə, ömür boyu davam eləyən bir neyroinkişaf fərqliliyidir”.

Demokrat.az
xəbər verir ki, bunu kliniki psixoloq Milana Həsənova “Azərsun Holdinq”in Azərbaycanda ilk inklüziv kafe olan “Kaşalata” ilə əməkdaşlıq çərçivəsində jurnalistlər üçün təşkil olunan təlimdə deyib.
Klinik psixoloqun sözlərinə görə, təcrübəli analar körpədə bir fərqlilik olduğunu daha erkən aylarda fərq edə bilirlər:

“İkinci uşağı olan analar bunu anlaya bilirlər. Çünki göz təması, təmas sevməmək kimi xüsusiyyətlər bu uşaqlarda özünü erkən vaxtlardan göstərir”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top