2026-cı ilin sonuna yaxınlaşdıqca ictimaiyyəti maraqlandıran məsələlərdən biri də 2027-ci ildə gözlənilən pensiya artımıdır. Artıq bu istiqamətdə müxtəlif rəqəmlər səsləndirilir.
Qeyd edək ki, pensiyaların artırılması əsasən pensiya məbləğlərinin indeksləşdirilməsi hesabına həyata keçirilir. Qanunvericiliyə əsasən, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə ortaaylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. Yəni əvvəlki il ərzində ölkədə ortaaylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da həmin göstəriciyə uyğun artırılır. İndeksləşdirmə ölkə başçısının bu barədə müvafiq sərəncamına əsasən həyata keçirilir.
Bəs, 2027-ci ildə əmək pensiyaları nə qədər artırıla bilər?
Demokrat.az Baku TV-yə istinadla xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, 2026-cı ilin ilk yarısının göstəricilərinə əsasən, ölkədə muzdla işləyən şəxslərin əməkhaqqı gəlirləri 7.2 faiz artıb:


