Dünya

Tramp "Superintellekt Qüvvələri"nin yaradıldığını elan etdi

Tramp Superintellekt Qüvvələrinin yaradıldığını elan etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə "Superintellekt Qüvvələri" (Super Intelligence Force) adlı yeni işçi qrupunun yaradıldığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb.

Yeni struktur hökumətin süni intellekt sahəsində fəaliyyətini əlaqələndirəcək, həmçinin hökumət orqanlarının istehlakçılar, ictimai maraq qrupları, dini təşkilatlar, kritik infrastruktur təminatçıları və süni intellekt şirkətləri ilə əməkdaşlığını təşkil edəcək.

Tramp yeni quruma Milli Kəşfiyyat direktoru Cey Kleytonu rəhbər təyin edib.

Kleyton "The Wall Street Journal"a açıqlamasında bildirib ki, qrupun ilk vəzifəsi 120 gün ərzində süni intellektlə bağlı riskləri və imkanları qiymətləndirən hesabat hazırlamaq, eləcə də hökumətin bu sahədə mümkün roluna dair tövsiyələr vermək olacaq.

Qeyd edək ki, sentyabrın 30-da Tramp Ağ Evdə ABŞ-nin iri texnologiya şirkətlərinin rəhbərləri ilə görüşüb. Görüşün yekununda iştirakçılar süni intellektin təhlükəsizliyi və nəzarəti məsələlərinə daha çox diqqət yetirməyi nəzərdə tutan sənəd imzalayıblar.

NE
Nihadə Eyyubova