Gündəm

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş

Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, həyat yoldaşını amansızlıqla qətlə yetirən Əsgər Ağarəhim oğlu Hüseynovun kecmişi ilə bağlı diqqətçəkən məqamlar ortaya çıxıb.

1993-cü ildə Lerik rayonunda anadan olan Əsgər Hüseynov müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. O, Xüsusi Təyinatlı Həmlə Taborunun tərkibində 44 günlük Vətən müharibəsində iştirak edib.
Füzuli, Hadrut və Şuşa istiqamətində gedən ağır döyüşlərdə vuruşan Əsgər Hüseynov düşmən pusqusuna düşərək üç yerindən ağır yaralanıb.

Snayper gülləsi nəticəsində qolu parçalanan, döyüş yoldaşları gözü önündə şəhid olan və ermənilər tərəfindən ölmüş zənn edilərək soyulan qazi möcüzə nəticəsində sağ qalıb.
O, müsahibələrinin birində döyüş meydanında keçirdiyi dəhşətli anları belə təsvir etmişdi:
"Dizimdən yaralandım, snayper gülləsi qolumu qopardı, qolum sümük parçasından asılı qaldı. Çoxlu qan itirirdim, susuzluqdan öz qanımı içməyə məcbur oldum..."

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

NE
Nihadə Eyyubova