Pensiyalarla bağlı yeni qaydalar nəyi dəyişəcək? — AÇIQLAMA

GÜNDƏM 08 oktyabr 2025, 14:50
Xəbər verdiyimiz kimi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edilib.

Dəyişikliyə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq.

Bu barədə Demokrat.az-a danışan iqtisadçı Rəşad Həsənov deyib ki, əmək pensiyalarının yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi qaydalarına edilən dəyişikliklərdə əsas məqsəd xidmətlərin elektronlaşmasıdır:

“Xidmətlərin elektronlaşması çox vacib məsələdir. Bu, bir tərəfdən müvafiq istiqamətdə xidmətlərin təşkili ilə bağlı xərclərin optimallaşdırılması, eyni zamanda xidmətlərə əlçatanlığın artırılması baxımından vacibdir. Çünki xüsusən regionlarda yaşayan vətəndaşların elektron formada müraciət imkanının olması onların həm vəsait, həm də vaxt sərfini aşağı salır. Digər tərəfdən, hökumətin kargüzarlıq kimi istiqamətlərdə sərf etdiyi xərclərin optimallaşmasına səbəb olur. Bu yenilik, həmçinin prosesdə şəffaflığın yaranmasına səbəb olacaq”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top