“Ümumilikdə "koronavirus geri qayıdır?" sualına statistik olaraq cavab vermək hazırda çətindir. Çünki bunun üçün konkret və ciddi göstəricilər olmalıdır ki, bu cür ifadə işlədilsin”.
Bu barədə həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib.
O əlavə edib ki, hazırda isə belə bir rəsmi məlumat yoxdur:
“Amma fəsil dəyişikliyi dövründə, hər il olduğu kimi, virus infeksiyalarının, xüsusilə qrip və soyuqdəymə hallarının artması müşahidə olunur. Bu da əsasən hava şəraitinin qeyri-sabitliyi, temperatur fərqləri və geyim tarazlığının pozulması ilə əlaqədardır. Hazırda infeksiyalar, o cümlədən qrip virusları sürətlə yayılır. Bu səbəbdən şəxsi gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Əgər ətrafınızda xəstə və ya narahatlıq keçirən insanlar varsa, maskadan istifadə etmək tövsiyə olunur. Xüsusilə ictimai nəqliyyatda avtobus, metro kimi sıx məkanlarda maskadan istifadə vacibdir. Əgər artıq özünüzdə qrip və ya soyuqdəymə əlamətləri hiss edirsinizsə, mütləq şəkildə həkimə müraciət edilməlidir. Bundan əlavə, profilaktika üçün sağlam qidalanma, şəxsi gigiyenaya əməl etmək və bol maye qəbul etmək çox önəmlidir”.
Leyla Turan
Demokrat.az