“Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü Azərbaycanın xarici siyasətində yeni bir səhifə açdığını və bu təşkilatın məhz Azərbaycan sayəsində dünya çapında bir təşkilata çevrildiyini göstərir”.
Bunu Demokrat.az-a deputat Tural Gəncəliyev deyib. O bildirib ki, TDT hazırda çoxqütblü dünya düzənində ayrıca bir qütbə çevrilib:
“Dünyanın böhranlı bir dövründə TDT-nin Azərbaycanın sədrliyi ilə özünün yeni bir qlobal imicinə qovuşacağını hesab edirəm. Bu təşkilatın bir güc mərkəzi kimi fəaliyyət göstərməsi üçün bütün potensialı var. TDT 4,5 milyon km² ərazini əhatə edir, hansı ki, Avropa İttifaqının ərazisindən böyükdür. Aİ-də 500 milyon əhali yaşayır, lakin bu, qocalan əhalidir. Lakin TDT ərazisindəki 200 milyon əhalidə orta yaş 28–32 yaşdır.
Hesab edirəm ki, bu təşkilat Azərbaycanın xarici siyasətində mərkəzi yer tutur. VII çağırış parlamentin açılışında Prezident İlham Əliyev demişdi ki, bizim yeganə ailəmiz türk dünyasıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az