III MDB Oyunlarına bu gün yekun vurulacaq

İDMAN 08 oktyabr 2025, 09:29
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün yekun vurulacaq.

Demokrat.az xəbər verir ki, sonuncu yarış günündə bədii gimnastika üzrə növbəti medalçılar müəyyənləşəcək. Şəki Olimpiya İdman Kompleksində keçiriləcək finallar saat 12:00-da start götürəcək.

Bu gün, həmçinin Oyunların bağlanış mərasimi baş tutacaq. Gəncə stadionunda gerçəkləşəcək tədbir saat 19:00-da başlayacaq.

Sentyabrın 26-da start götürən Oyunlarda 13 ölkədən 1 624 idmançı mübarizə aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 09:35
08 oktyabr 2025, 09:07
Top