Azərbaycan BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev təşkilatın Baş Assambleyasının 80-ci sessiyasının altıncı komitəsində “Beynəlxalq terrorizmin aradan qaldırılması tədbirləri” adlı sessiyada çıxış edib.
Demokrat.az xəbər verir ki, səfir Azərbaycanın qlobal antiterror fəaliyyətlərində və təşəbbüslərində fəal tərəfdaş kimi beynəlxalq əməkdaşlığın təşviqinə böyük əhəmiyyət verdiyuini və bu öhdəliyinə sadiq olduğunu bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə görülən işlərdən biri kimi, Azərbaycan 2023-cü ildə illik Bakı Təhlükəsizlik Forumunu təsis edib:
“Forum müxtəlif ölkələrin kəşfiyyat və təhlükəsizlik agentliklərinin nümayəndələrini bir araya gətirərək ortaq maraq və narahatlıq doğuran məsələləri, xüsusilə də antiterror sahəsində qurumlararası əməkdaşlığı müzakirə etmək üçün platforma rolunu oynayır.
Üçüncü Forum ötən ay keçirilmişdir. Tədbirdə təxminən 90 ölkədən yüksək səviyyəli nümayəndələr iştirak etmiş və əsas diqqət humanitar böhranların və terror aktları, silahlı münaqişələr zamanı insan tərəfindən törədilən fəlakətlərin qarşısının alınması üzrə beynəlxalq əməkdaşlığa yönəlmişdir.
Hörmətli sədr, Azərbaycan uzun illərdir xaricdən idarə olunan terrorizmin hədəfinə çevrilmişdir. İşğal dövründə onun ərazilərinin bir hissəsi “boz zona”ya çevrilmiş, bu ərazilərdə qeyri-qanuni silahlı dəstələrin, muzdlu döyüşçülərin, digər silahlı qrupların fəaliyyəti, habelə qanunsuz ticarət, nəzarətsiz silah axını və resursların istismarı baş verib.
Baş katibin məruzəsinə təqdim edilən yazılı bəyanatında Azərbaycan, BMT Baş Assambleyasının 50/53 saylı qətnaməsinin 8-ci bəndinə, 79/129 saylı qətnamənin 23-cü bəndinə və “Beynəlxalq terrorizmin aradan qaldırılması tədbirləri haqqında Bəyannamə”nin 10(a) və 10(b) bəndlərinə uyğun olaraq (Baş Assambleyanın 49/60 saylı qətnaməsinə əlavə edilmiş, A/80/177, 14–17-ci bəndlər), bu istiqamətdə görülən işlər barədə yenilənmiş məlumat təqdim edib”.
Səfir əlavə edib ki, ciddi cinayətlər, o cümlədən terrorizm üçün məsuliyyət labüddür və qaçılmaz olmalıdır:
“Bu, həm də pozuntuların təkrar baş verməsinin qarşısını almaq üçün vacib vasitədir və əsl barışığa nail olmaq, eləcə də daha uzunmüddətli yanaşmanı qəbul etmək yolunda əvəzsiz tərkib hissəsidir. Belə bir yanaşma isə daha sülhsevər, ədalətli və inklüziv gələcəyin formalaşdırılmasına yönəlir.
Bu baxımdan, terror aktlarının törədicilərinə amnistiya və ya hər hansı digər formada vaxtından əvvəl azad olunma verilməsi yolverilməzdir. Eyni zamanda, terrorçuların müdafiə olunması və qəhrəmanlaşdırılması hallarına da dözümlülük göstərilə bilməz.
Ümumilikdə, bütün dövlətlərin beynəlxalq antiterror öhdəliklərinə ciddi şəkildə əməl etməsi olduqca vacibdir ki, onların əraziləri terrorçuluq və əlaqəli fəaliyyətlər üçün istifadə olunmasın.
Bundan əlavə, milli və beynəlxalq hüquqi çərçivələrin gücləndirilməsi terrorizm və zorakı ekstremizm üçün bütün maliyyə dəstəyi formalarının aşkara çıxarılması və qarşısının alınması baxımından vacibdir. Buna radikal etnik diaspor icmalarının qeyri-hökumət, qeyri-kommersiya və xeyriyyə statusu adı altında vəsait toplamasının, terrorçu və əlaqəli cinayətkar fəaliyyəti maliyyələşdirmək üçün digər vasitələrin istifadəsinin qarşısının alınması daxildir.
Eyni zamanda, radikallaşmanın köklü səbəblərinə də toxunmaq vacibdir. Məsələn, nifrət üzərində qurulan ekstremizm, həmçinin sülh üçün təhsilə sərmayə qoymaq və dialoqun təşviq edilməsi, xüsusən də gənclər arasında.
Bir çox nümayəndə heyətlərinin vurğuladığı kimi, antiterror tədbirləri heç bir halda və heç bir səbəbdən din və ya mədəniyyəti hədəf almamalıdır. Bu prinsip hər hansı antiterror strategiyasının ayrılmaz hissəsi olmalıdır.
Bundan başqa, terrorizmin qurbanları və sağ qalanları ilə davamlı həmrəylik və onlara dəstək göstərilməsi humanitar və insan haqları baxımından zəruridir.
Azərbaycan beynəlxalq terrorizmlə mübarizəni bütün formalarında və təzahürlərində davam etdirəcək, cinayətkarları məsuliyyətə cəlb edəcək, normativ-hüquqi çərçivənin inkişafına töhfə verəcək və beynəlxalq əməkdaşlığı təşviq edəcək”.