Avtobus sürücüsünün rəqsi gündəm oldu — “Baku Bus”dan RƏSMİ AÇIQLAMA (VİDEO)

GÜNDƏM 08 oktyabr 2025, 13:41

Sosial şəbəkələrdə “28 May” Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində rəsmi iş geyimində olan avtobus sürücülərindən birinin rəqs etdiyini əks etdirən görüntülər yayılıb. Sürücünün pozitiv rəqsi bəzi izləyicilər tərəfindən xoş qarşılanıb, digərləri isə bunu iş prosesi zamanı yolverilməz hesab edərək tənqid ediblər. Görüntülərdə sürücünün bir operator tərəfindən çəkildiyi də açıq şəkildə görünür. Eyni zamanda, onun “Baku Bus” MMC-yə məxsus sürücülər üçün nəzərdə tutulmuş rəsmi forma geyindiyi diqqət çəkib.

Məsələ ilə bağlı Manset.az “Baku Bus” MMC ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, həmin şəxs “Baku Bus” MMC-nin sürücüsü deyil:

“Hazırda biz də məsələ ilə bağlı araşdırma aparırıq. Videodakı şəxs “Baku Bus”-ın sürücüsü deyil. Göründüyü kimi, orada çəkiliş gedir. Ola bilər ki, bu, film və ya hansısa reklam çəkilişidir”.

Sözügedən videonu təqdim edirik: 

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top