"Böyük yarışların təşkili Azərbaycanın etibarlı tərəfdaş olmasının göstəricisidir"

İDMAN 08 oktyabr 2025, 22:47
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın böyük beynəlxalq idman yarışlarına ev sahibliyi etməsinin ölkənin idman dünyasında etibarlı tərəfdaş imicini gücləndirdiyini bildirib.

Demokrat.az xəbər verir ki, nazir bu barədə "Baku TV"nin "İDMANDA QAL" adlı yeni televiziya layihəsinə müsahibəsində danışıb.

"İndiyədək Bakıda bir çox mötəbər yarışlar keçirilib. Bu dəfə isə biz yarışları regionlarda təşkil etdik. Bölgələrdə bunun üçün həm infrastruktur, həm də təcrübə var. Gəncə və Yevlaxda yeni idman kompleksləri tikildi, mövcud idman qurğuları isə yeniləndi. Bölgələrdə böyük yarış keçirmək, əlbəttə, müəyyən çətinliklər yaradır, amma biz bu çətinliklərin öhdəsindən gəlməyi bacardıq. Xarici mütəxəssisləri dəvət etmədən, öz imkanlarımızdan istifadə etdik", - deyə Fərid Qayıbov vurğulayıb.

Nazir əlavə edib ki, Bakının 2026-cı il üçün "Dünyanın idman paytaxtı" elan olunması ölkəmizin idman sahəsində qazandığı uğurların və dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir:

"Cənab Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi qayğı sayəsində ölkəmiz bir çox nüfuzlu yarışlara ev sahibliyi edib. 2026-cı ildə də Avropa və dünya çempionatları, "Formula 1" və digər beynəlxalq yarışlar Azərbaycanda keçiriləcək. Bu, ölkəmizin beynəlxalq idman qurumlarının etibarlı tərəfdaşı olduğunu bir daha sübut edir".

Qeyd edək ki, Azərbaycan millisi III MDB Oyunlarında 184 medal (33 qızıl, 56 gümüş, 95 bürünc) qazanaraq ümumi sıralamada ikinci yeri tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2025, 00:20
08 oktyabr 2025, 23:37
Top