ABŞ prezidenti Donald Tramp regiondakı vəziyyətin nizamlanması üzrə danışıqlarla əlaqədar bu həftəsonu Yaxın Şərqə səfər edə biləcəyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, Amerika lideri bunun 11 və ya 12 oktyabrda baş verə biləcəyini dəqiqləşdirib.
Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp danışıqların yaxşı getdiyini və Yaxın Şərqdəki vəziyyətin nizamlanması üçün razılığın əldə olunması şansının yüksək olduğunu qeyd edib:
"Yəqin ki, həftənin sonunda, ya da, oktyabrın 12-də ora gedəcəm".
Daha sonra o, səfərin bazar günü və ya bəlkə də şənbə günü baş tuta biləcəyini izah edib: "Ola bilsin ki, şənbə axşamından bir az gec, bu, bizim cədvəlimizdən asılıdır".