Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 5 il ötür.
Demokrat.az xatırladır ki, 2020-ci il oktyabrın doqquzunda Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır - bir neçə ərazimiz işğaldan azad edilir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün "X" səhifəsində xalqımızın torpaq itkisi kədərini azadlıq sevinci ilə əvəzləyən xəbəri verir. Ölkə başçısı Xocavənd rayonunun Sor kəndi və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndi, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayır.
Hadrutun işğaldan azad edilməsindən 5 il ötür
Xatırladaq ki, ötən il ərazinin işğaldan azad edilməsi münasibətlə media nümayəndələri və hərbi ekspertlərin iştirakı ilə Hadrut qəsəbəsinə mediatur təşkil olunub.