“Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı”

HADİSƏ 08 oktyabr 2025, 19:40
Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edir.

Demokrat.azxəbər verir ki, məsələ ilə bağlı şikayətçi sosial şəbəkələrdə videolar yayıb.

O bildirib ki, sentyabrın 17-də övladını dərsə yola salıb. Məktəbdə olarkən isə riyaziyyat müəllimi A.Heydərov oğlunu vuraraq ona xəsarət yetirib:

"Müəllim dərs tapşırığını yaxşı yerinə yetirmədiyinə görə yumruqla uşağın üzünə zərbə endirib. Bundan sonra uşaqda güclü qorxu-stres yaranıb, evə gələndə kəkələyirdi. Bir neçə gün keçdikdən sonra övladımın problemləri daha da artdı, özündən gedir, heç kimi tanımır. Həmçinin gözlərində, baxışlarında problem yarandı. Bir adamı 2 nəfər kimi görür. Biz uşağı xəstəxanaya apardıq. Orada bildirdilər ki, övladımda güclü qorxu yaranıb və psixologiyası pozulub. Uşağa müalicə yazdılar və qaranlıq otaqda sakit saxlamağı məsləhət gördülər".

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan qafqazinfo.az-a bildirildi ki, hazırda həmin müraciət əsasında Yardımlı Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır: "Təyin edilmiş müvafiq ekspertizanın rəyi və araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 20:29
08 oktyabr 2025, 20:11
Top