"Şahdağ Mehmanxana"da yoxlama: Qanunsuzluqlar aşkarlandı, sanksiyalar tətbiq edildi

İQTİSADİYYAT 08 oktyabr 2025, 19:10
"Şahdağ Mehmanxana" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) operativ vergi nəzarəti keçirilib. 

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yoxlama zamanı POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi barədə iki AKT-a əsasən, 2000 manat maliyyə sanksiyası tətbiq edilib. 

Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması nəticələri haqqında AKT-a əsasən, 126.94 manat maliyyə sanksiyası tətbiq olunub. 

"Şahdağ Mehmanxana"sında işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə OVN nəticələri haqqında AKT-a əsasən isə 2000 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə vergi uçotuna alınan şirkətin qanuni təmsilçisi Rəhmanlı Qəmbər Aydın oğludur. Rəhman Qəmbərov "Baku Holiday” MMC, "Bright Solutions” MMC, "Aqrolayn Qrup” MMC, "A ənd J Holding” MMC-nin də qanuni təmsilçisidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 20:29
08 oktyabr 2025, 20:11
Top