AYNA yollarda xətlənmə işlərinə 45 milyon manat xərcləyəcək

İNFRASTRUKTUR 08 oktyabr 2025, 08:39
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən respublika ərazisində, magistral yollarda nişanlanma və xətlənmə işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, agentlik bununla bağlı “STP-Btech” şirkəti ilə iki nəhəng müqavilə bağlayıb.

Müqavilələrdən birinin maliyyə dəyəri 11 milyon 465 min manat, digərinin maliyyə dəyəri isə 33 milyon 549 min manat müəyyənləşib.

Beləliklə, AYNA respublika ərazisində - magistral yollarda nişanlanma və xətlənmə işlərinə 45 milyon manat xərcləyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 09:35
08 oktyabr 2025, 09:07
08 oktyabr 2025, 08:46
08 oktyabr 2025, 08:30
Top